Sığorta risklərindən istisnalar və (və ya) sığorta təminatında məhdudiyyətlər Nümunə Maddələri

Sığorta risklərindən istisnalar və (və ya) sığorta təminatında məhdudiyyətlər. Aşağıdakı hallar nəticəsində sığorta predmetinin məhv olması və ya zədələnməsi sığorta təminatına daxil edilmir: 9.1. Sığortalının , həmçinin onun nümayəndəsinin qərəzli hərəkətləri və ya kobud ehtiyatsızlığı; 9.2. nüvə partlayışının təsiri, radiasiya və ya radioaktiv şüalanma; 9.3. müharibə, xarici dövlətlərin təcavüzkar hərəkətləri, müharibənin elan olunub-olunmamağından asılı olmayaraq hərbi əməliyyatlar, vətəndaş müharibəsi, qiyamlar,, tətillər, ictimai intizamsızlıqlar, tədricən xalq üsyanlarına və ya hərbi qiyamlara çevrilən xalq iğtişaşları, üsyanlar, inqilablar, hərbi və ya qəsbkar hakimiyyətin əməlləri, həbs qoyulma və ya müsadirə, yaxud bunları cəhd edilməsi və ya yuxarıda sadalanan hadisələrdən hər hansı birinin bilavasitə və ya dolayı nəticələri, qanunsuz və ya qərəzli hərəkətlər vasitəsi ilə və ya hər hansı qanunsuz təşkilatın adından və ya onunla birlikdə hərəkət edən şəxslər tərəfindən törədilən aktların nəticəsində baş verən hadisələr. 9.4. dövlət orqanlarının qərarları ilə hava nəqliyyatı vasitəsinin ləğvi, mənimsənilməsi, müsadirə edilməsi, üzərinə həbs qoyulması və ya məhv edilməsi; 9.5. hava nəqliyyatı vasitəsinin zəbt edilməsi və ya qaçırılması; 9.6. hava nəqliyyatı vasitəsinin uçuşa buraxılmasına qədər onun uçuşa yararsızlığı haqqında Sığortalının və ya onun nümayəndəsinin məlumatı olması; 9.7. zərbə dalğasının bilavasitə və ya dolayı yolla təsiri; 9.8. hava nəqliyyatı vasitəsinin Sığorta müqaviləsində nəzərdə tutulmayan məqsədlər üçün istifadəsi; 9.9. hava nəqliyyatı vasitəsinin pilot sertifikatı (vəsiqəsi), həmçinin müəyyən tipli hava nəqliyyatı vasitəsini müstəqil idarə etmək üçün lazımi hazırlığı və ya təcrübəsi olmayan şəxslər tərəfindən idarə edilməsi; 9.10. ekipaj heyətinin tam olmayan tərkibdə həyata keçirilən mülki hava nəqliyyatı vasitəsinin uçuşu; 9.11. qarşısıalınmaz qüvvənin təsiri nəticələri istisna olmaqla, sığorta olunmuş hava nəqliyyatı vasitəsinin enişi üçün təyin olunmamış enmə zolağından istifadə edilməsi; 9.12. hava nəqliyyatı vasitəsinin və ya onun hissələrinin köhnəlməsi, aşınması; 9.13. hava nəqliyyatı vasitəsinin onun uçuş-texniki xüsusiyyətlərində nəzərdə tutulmayan şərtlərlə istismarı; 9.14. onun digər hissələrinin zədələnməsinə səbəb olmayıbsa, hava nəqliyyatı vasitəsinin hissələrinin sınması; 9.15. mühərrik istisna olmaqla, onun digər hissələrinin zədələnməsinə səbəb olmayıbsa, yer səthində hərəkət zamanı və ya dayanarkən hava nəqliyyatı vasitəsinin işləyən mühərrikinə yad predmetlərin düşməsi.
Sığorta risklərindən istisnalar və (və ya) sığorta təminatında məhdudiyyətlər. 5.1. Sığorta təminatı aşağıdakılarla bağlı məsüliyyəti əhatə etmir: 5.1.1. Daimi, mütəmadi və ya uzunmuddətli termik təsirin, yaxud qazın, buxarın, şüanın, mayenin, nəmişliyin təsiri, həmçinin istənilən, o cümlədən qeyri-atmosfer çöküntülərinin (qurum, his, tüstü, toz və s.) təsiri; 5.1.2. Sığortalının və ya Sığorta olunanın əmlakın təyinatından kənar məqsədlərlə istifadə edilməsi 5.1.3. Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, Sığortalının və ya Sığorta olunanın icarəyə (kirayəyə, lizinqə), girova və ya məsul saxlamağa götürdüyü predmetlərin zədələnməsi, məhv olması və ya korlanması ilə bağlı zərərin əvəzinin ödənilməsi barədə tələblər; 5.1.4. Müqavilə əsasında və ya Sığortalının və ya Sığorta olunanın razılığı ilə bəyan edilən zərərin əvəzinin ödənilməsi, həmçinin öhdəliklərin natura ilə yerinə yetirilməsinin əvəzinə edilən ödənişlər və ya müqavilə üzrə cərimə sanksiyaları kimi edilən ödənişlər; 5.1.5. Qarantiya və analoji öhdəliklər və ya qarantiya müqaviləsi üzrə tələblər; 5.1.6. Sığorta müqaviləsində nəzərdə tutulmuş həcmdən və məbləğdən yuxarı ▇▇▇▇ zərərin əvəzinin ödənilməsi barədə tələblər; 5.1.7. Mənəvi ziyanın kompensasiyası üzrə iddialar; 5.1.8. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə iddialar. 5.1.9. Hərbi əməliyyat, üsyan, qiyam, xalq iğtişaşları, silahlı qruplaşmaların və terrorçuların fəaliyyəti nəticəsində dəyən zərərin ödənilməsi ilə bağlı istənilən tələb; 5.1.10. Radioaktiv çirklənmədən, şüalanmadan və nüvə yanacağının istifadəsi ilə ▇▇▇▇▇ ▇▇▇▇ fəaliyyətin digər nəticələrindən baş verən hallar; 5.1.11. Təbii fəlakətlər - zəlzələ, sel, su basması, qar uçqunu, vulkan püskürməsi, partlayış, yanğın, duman, his, buxar, su, çürümə və ya rütubətin nəticəsi; 5.1.12. Cərimələr və ya nümunəvi formada maliyyə cərimələri, cəzalar, kompensasiyaların hasili, ödənişlər haqqında qərarlar formasındakı cəzalar və zərərlər; 5.2. Baş verən hadisə aşağıdakı hallarda sığorta hadisəsi hesab edilmir: 5.2.1. Üçüncü şəxsin tələbi Sığortalının və ya Sığorta olunanın, onların əməkdaşlarının, sığortalanmış ünvanda ▇▇▇▇ şəxslərin, həmçinin Sığortalının və ya Sığorta olunanın razılığı ilə onlara məxsus binalarda alkoqollu, narkotik sərxoş vəziyyətdə işləyən şəxslərin fəaliyyətinin nəticəsi olarsa; 5.2.2. Üçüncü şəxsin tələbinin predmeti həmin üçüncü şəxsin qəsdən etdiyi hərəkətin nəticəsində yaranan zərərin əvəzinin ödənilməsi olduqda; 5.2.3. Üçüncü şəxsin tələbinin predmeti Sığortalının və ya Sığorta olunanın, onların işçilərinin, sığortalanmış ünvanda ...
Sığorta risklərindən istisnalar və (və ya) sığorta təminatında məhdudiyyətlər. 6.1. Aşağıda göstərilmiş hallar sığorta hadisəsi sayılmır və sığorta təminatına daxil edilmir: 6.1.1.Sığorta olunanın alkoqollu, narkotik və toksik sərxoşluğu;
Sığorta risklərindən istisnalar və (və ya) sığorta təminatında məhdudiyyətlər. 6.1. Aşağıda göstərilmiş hallar nəticəsində baş vermiş sığorta hadisəsi sığorta təminatına daxil edilmir: 6.1.1. Sığorta olunanın spirtli içkilərin, narkotik və ya zəhərli madələrin təsiri altında olması; 6.1.2. Sığorta olunanın özünə qəsd etməsi və ya buna cəhd göstərməsi; 6.1.3.Nüvə partlayışı, radioaktiv və ya digər şüalanmaların təsiri; təbii fəlakətlər və onlarınnəticələri, epidemiyalar, karantinlər, meteoroloji şərait;
Sığorta risklərindən istisnalar və (və ya) sığorta təminatında məhdudiyyətlər. 8.1. Hazırkı Qaydalara əsasən, Sığortalının aşağıdakılar nəticəsində baş verən mülki məsuliyyəti sığorta hadisəsi hesab olunmur: 8.1.1. istənilən növdən ▇▇▇▇ hərbi əməliyyatlar, yaxud hərbi tədbirlər və onların nəticələri, habelə vətəndaş müharibələri, terrorçuluq, kütləvi iğtişaşlar və tətillər; 8.1.2. dövlət orqanlarının və ya hərbi qurumların nümayəndələrinin hərəkətləri (yükün müsadirə olunması, rekvizisiyası, həbsi, çıxarılması, müvəqqəti saxlanılması və məhv edilməsi); 8.1.3. atom enerjisinin, yaxud radioaktiv materialların istənilən tətbiqi ilə əlaqədar ▇▇▇▇ nüvə partlayışının, radiasiyanın, yaxud radioaktiv çirklənmənin birbaşa və ya dolayı təsirləri; 8.1.4. qarşısıalınmaz qüvvənin, yaxud digər fors-major vəziyyətlərinin təsirləri; 8.1.5. daşıma və ya nəqliyyat-ekspeditor müqaviləsi üzrə Sığortalının (Sığortalının işçisinin, nümayəndəsinin), ▇▇▇▇▇▇▇▇▇▇ şəxsin, Sığortalının kontragentinin qərəzli hərəkətləri.
Sığorta risklərindən istisnalar və (və ya) sığorta təminatında məhdudiyyətlər. 6.1. Aşağıda göstərilmiş hallar sığorta riski sayılmır və sığorta təminatına daxil edilmir: 6.1.1.Sığorta olunanın alkoqollu, narkotik və toksik sərxoşluğu; 6.1.2.Sığorta olunanın özünə qəsd etməsi və ya buna cəhd göstərməsi; 6.1.3.Nüvə partlayışı, radioaktiv və ya digər şüalanmaların təsiri; təbii fəlakətlər və onların nəticələri, epidemiyalar, karantinlər, meteoroloji şərait; 6.1.4.Sığorta olunanın və (və ya) maraqlı üçüncü şəxslərin sığorta hadisəsinin baş verməsinəyönəldilmiş qəsdən edilmiş hərəkətləri; 6.1.5.Sığortalı və ya Sığorta olunan tərəfindən törədilmiş sığorta hadisəsi ilə birbaşa səbəb-nəticə əlaqəsində ▇▇▇▇ hüquqazidd hərəkətlər; 6.1.6.Peşəkar pilot tərəfindən idarə olunan mülki aviasiya təyyarəsində sərnişin qismində uçuşlar istisna olmaqla, Sığorta olunanın özü tərəfindən idarə edilən uçuş aparatında uçuş;

Related to Sığorta risklərindən istisnalar və (və ya) sığorta təminatında məhdudiyyətlər

  • Sığortaçının vəzifələri 20.4.1 Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnaməsini Sığortalıya təqdim etməlidir; 20.4.2 Sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata keçirmək; 20.4.3 Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək; 20.4.4 Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya qaytarmaq.

  • Sığortalının vəzifələri 14.2.1 Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək; 14.2.2 Sığorta müqaviləsinin bağlanması üçün zəruri ▇▇▇▇, eyni zamanda sığorta müqaviləsi ilə bağlı digər məlumatları Sığortaçıya təqdim etmək; 14.2.3 Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum ▇▇▇▇ və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat vermək; 14.2.4 Sığorta müqaviləsinə aid ▇▇▇▇ sənədlərin qorunub saxlanmasını təmin etmək.

  • Sığorta riskləri 28.1. Sığortalıya bu Qaydalar əsasında aşağıdakı bəndlərin birində və ya bir neçəsində qeyd olunan risklər nəticəsində avtomobilə dəyə bilən zərərlərdən sığorta təminatı verilir: 28.1.1. avtonəqliyyat hadisəsi – avtomobilin istifadəsi nəticəsində baş verən, ölüm və bədən xəsarəti ilə nəticələnən, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, habelə hər hansı digər əmlakın zədələnməsinə səbəb ▇▇▇▇ hadisələr; 28.1.2. atılmış və ya düşmüş əşya – avtomobilin hissələrinə zərər vurmadan rəng örtüyünün nöqtələr şəklində zədələnməsi halı istisna olmaqla, avtomobilin xarici səthinə daş, qar, buz və digər əşyaların atılması, dəyməsi və ya düşməsi; 28.1.3. üçüncü şəxsin qanunazidd hərəkəti; 28.1.4. ▇▇▇▇▇▇▇, quldurluq, qaçırma və soyğunçuluq; 28.1.5. yanğın və partlayış - a) yanğın – alovlanma mənbəyindən asılı olmayaraq maddi ziyan vuran yanma, o cümlədən yüksək temperaturun, yanğın məhsullarının, eləcə də yanğının söndürülməsi üçün istifadə olunmuş su, köpük və digər vasitələrin təsiri, habelə yanğının birbaşa təsiri; b) partlayış – qazların genişlənməyə meylliliyi nəticəsində böyük həcmdə enerjinin qısa müddət ərzində məhdud ölçülü məkandan sürətlə çıxaraq azad olması prosesi; 28.1.6. təbii fəlakət – sel, daşqın, zəlzələ, fırtına, qasırğa, tufan, dolu və digər təbii hadisələr; 28.1.7. heyvanların hərəkəti – avtomobilin salonuna vurulan zərərlər istisna olmaqla, heyvanların və quşların hərəkəti. 28.1.8. avtokasko – bu Qaydaların 28.1.1-28.1.7-ci yarımbəndlərində göstərilən risklərin məcmusu.

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 9.1. Bank: - Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq Əmanətçinin adına müddətli əmanət hesabı açmaq və əmanət məbləğini qəbul etməklə saxlamaq; - Əmanətçiyə müvafiq əmanət müqaviləsində göstərilən dərəcədə faizlər hesablamaq və onun ▇▇▇▇ hesabına köçürmək; - Əmanət müqaviləsinin müddəti bitdikdə Əmanətçiyə əmanət məbləğini qaytarmaq və hesablanmış faizləri ödəmək; - Əmanətin qaytarılması və ya onun faizlərinin ödənilməsi şərtləri pozulduqda Əmanətçinin ▇▇▇▇ hesabına hər gecikdirilən gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının bank faizlərinin uçot dərəcəsi ilə nəzərdə tutulan məbləğdə cərimə ödəmək; - Hesabdan çıxarışlar və digər sənədləri Əmanətçinin özünə və yalnız müvafiq etibarnamə əsasında onun nümayəndələrinə vermək; - Əmanətçinin hesabı üzrə aparılan əməliyyatlar və məbləğin qalığı barədə məlumatları üçüncü şəxslərə yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda vermək; - Müddətli əmanət hesabında ▇▇▇▇ pul vəsaitinə Əmanətçinin qanunvericiliyə uyğun olaraq maneəsiz sərəncam vermək hüququna təminat verməklə, bu vəsaitdən istifadə etmək; - Əmanətçinin Bank qarşısında üzərinə götürdüyü borc öhdəlikləri üzrə gecikdirilmiş məbləğləri və faiz borclarını, cərimələri, həmçinin bu Müqavilə ilə müəyyən edilmiş komisyon haqqlarını akseptsiz qaydada müddətli əmanət hesabından silmək; - Hazırki Müqavilənin 11.2-ci bəndində göstərilən qaydada Bank əmanət üzrə faiz dərəcəsini dəyişdirmək hüququna malikdir; - Müvafiq əmanət üzrə illik faiz dərəcəsini qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddindən artıq olmamaq şərtilə birtərəfli qaydada artırmaq hüququna malikdir.

  • Sığorta məbləği 15.1. Sığorta müqaviləsində sığorta məbləğinin aşağıdakı növləri müəyyən oluna bilər: 15.1.1. Ümumi sığorta məbləği – müəyyən edildiyi hallarda sığortaçının sığorta müqaviləsi üzrə öhdəliyinin həcmi verilmiş sığorta ödənişi məbləğində azalır. Sığortalı ümumi sığorta məbləğinin sığorta müqaviləsində nəzərdə tutulmuş həddə bərpa edilməsini istədikdə bərpa edilməli ▇▇▇▇ hissəyə müvafiq əlavə sığorta haqqı ödəməlidir. 15.1.2. Sığorta hadisəsi üzrə sığorta məbləği - müəyyən edildiyi hallarda həmin məbləğ sığortaçının hər bir sığorta hadisəsi üzrə öhdəliyinin son həddi hesab edilir və sığorta hadisələrinə görə sığorta ödənişlərinin verilməsi nəticəsində azalmır. 15.1.3. Bir sığorta hadisəsi üzrə sığorta məbləği - müəyyən edildiyi hallarda sığortaçının sığorta müddəti ərzində baş vermiş yalnız bir hadisə üzrə həmin məbləğ həddində sığorta ödənişi vermək öhdəliyi nəzərdə tutulur. 15.2. Əgər sığorta müqaviləsində və ya onun müvafiq sığorta sinfinə aid edilən bölməsində sığorta məbləğinin bu Qaydaların 15.1-ci bəndində göstərilən hər hansı növünün tətbiq olunması nəzərdə tutulmamışdırsa, sığorta məbləğinin 15.1.1-ci yarımbənddə göstərilmiş növü tətbiq edilir.