Sığorta riskləri 28.1. Sığortalıya bu Qaydalar əsasında aşağıdakı bəndlərin birində və ya bir neçəsində qeyd olunan risklər nəticəsində avtomobilə dəyə bilən zərərlərdən sığorta təminatı verilir: 28.1.1. avtonəqliyyat hadisəsi – avtomobilin istifadəsi nəticəsində baş verən, ölüm və bədən xəsarəti ilə nəticələnən, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, habelə hər hansı digər əmlakın zədələnməsinə səbəb ▇▇▇▇ hadisələr; 28.1.2. atılmış və ya düşmüş əşya – avtomobilin hissələrinə zərər vurmadan rəng örtüyünün nöqtələr şəklində zədələnməsi halı istisna olmaqla, avtomobilin xarici səthinə daş, qar, buz və digər əşyaların atılması, dəyməsi və ya düşməsi; 28.1.3. üçüncü şəxsin qanunazidd hərəkəti; 28.1.4. ▇▇▇▇▇▇▇, quldurluq, qaçırma və soyğunçuluq; 28.1.5. yanğın və partlayış - a) yanğın – alovlanma mənbəyindən asılı olmayaraq maddi ziyan vuran yanma, o cümlədən yüksək temperaturun, yanğın məhsullarının, eləcə də yanğının söndürülməsi üçün istifadə olunmuş su, köpük və digər vasitələrin təsiri, habelə yanğının birbaşa təsiri; b) partlayış – qazların genişlənməyə meylliliyi nəticəsində böyük həcmdə enerjinin qısa müddət ərzində məhdud ölçülü məkandan sürətlə çıxaraq azad olması prosesi; 28.1.6. təbii fəlakət – sel, daşqın, zəlzələ, fırtına, qasırğa, tufan, dolu və digər təbii hadisələr; 28.1.7. heyvanların hərəkəti – avtomobilin salonuna vurulan zərərlər istisna olmaqla, heyvanların və quşların hərəkəti. 28.1.8. avtokasko – bu Qaydaların 28.1.1-28.1.7-ci yarımbəndlərində göstərilən risklərin məcmusu.
Sığorta məbləği 15.1. Sığorta müqaviləsində sığorta məbləğinin aşağıdakı növləri müəyyən oluna bilər: 15.1.1. Ümumi sığorta məbləği – müəyyən edildiyi hallarda sığortaçının sığorta müqaviləsi üzrə öhdəliyinin həcmi verilmiş sığorta ödənişi məbləğində azalır. Sığortalı ümumi sığorta məbləğinin sığorta müqaviləsində nəzərdə tutulmuş həddə bərpa edilməsini istədikdə bərpa edilməli ▇▇▇▇ hissəyə müvafiq əlavə sığorta haqqı ödəməlidir. 15.1.2. Sığorta hadisəsi üzrə sığorta məbləği - müəyyən edildiyi hallarda həmin məbləğ sığortaçının hər bir sığorta hadisəsi üzrə öhdəliyinin son həddi hesab edilir və sığorta hadisələrinə görə sığorta ödənişlərinin verilməsi nəticəsində azalmır. 15.1.3. Bir sığorta hadisəsi üzrə sığorta məbləği - müəyyən edildiyi hallarda sığortaçının sığorta müddəti ərzində baş vermiş yalnız bir hadisə üzrə həmin məbləğ həddində sığorta ödənişi vermək öhdəliyi nəzərdə tutulur. 15.2. Əgər sığorta müqaviləsində və ya onun müvafiq sığorta sinfinə aid edilən bölməsində sığorta məbləğinin bu Qaydaların 15.1-ci bəndində göstərilən hər hansı növünün tətbiq olunması nəzərdə tutulmamışdırsa, sığorta məbləğinin 15.1.1-ci yarımbənddə göstərilmiş növü tətbiq edilir.
Sığortaçının vəzifələri 20.4.1 Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnaməsini Sığortalıya təqdim etməlidir; 20.4.2 Sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata keçirmək; 20.4.3 Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək; 20.4.4 Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya qaytarmaq.
Sığortalının vəzifələri 14.2.1 Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək; 14.2.2 Sığorta müqaviləsinin bağlanması üçün zəruri ▇▇▇▇, eyni zamanda sığorta müqaviləsi ilə bağlı digər məlumatları Sığortaçıya təqdim etmək; 14.2.3 Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum ▇▇▇▇ və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat vermək; 14.2.4 Sığorta müqaviləsinə aid ▇▇▇▇ sənədlərin qorunub saxlanmasını təmin etmək.
Sığorta predmeti 2.1. Bu qaydalara əsasən sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs sığortanın predmeti hesab olunur.