XİDMƏTİNİN GÖSTƏRİLMƏSİ QAYDALARININ TƏSDİQ EDİLMƏSİ HAQQINDA ƏMR
«Visa-▇▇▇ Fastline»
XİDMƏTİNİN GÖSTƏRİLMƏSİ QAYDALARININ TƏSDİQ EDİLMƏSİ HAQQINDA ƏMR
“VIP AviationServicesCompany” MMC və “Frazex” MMC arasında bağlanmış 27 avqust 2019-cu il tarixli 91 /19 G
nömrəli Müqaviləyə uyğun olaraq,
QƏRARA ALIR:
1. Əlavə olunan «Visa-▇▇▇ Fastline» xidmətinin göstərilməsi Qaydaları təsdiq edilsin.
2. Hazırkı əmr 1 oktyabr 2019-cu il tarixdən qüvvəyə minir.
TƏSDİQ EDİLİB
«Frazex» MMC-nin direktoru
Camal Xasayev
«Visa-▇▇▇ Fastline» XİDMƏTİNİN GÖSTƏRİLMƏSİ QAYDALARI
Fəsil 1. Ümumi müddəalar
1. Sonradan “Xidmət” adlandırılacaq «Visa-▇▇▇ Fastline» xidmətinin göstərilməsi qaydaları sonradan “▇▇▇▇ ▇▇▇▇▇▇” adlandırılacaq “VIP Aviation Services Company” MMC və sonradan “Təşkilatçı” adlandırılacaq “Frazex” MMC arasında bağlanmış 27 avqust 2019-cu il tarixli 91 /19 G nömrəli Müqaviləyə, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun işlənib hazırlanmış, Təşkilatçı ilə sonradan “İstifadəçi” adlandırılacaq Xidmətin
istifadəçiləri arasındakı münasibətləri tənzimləyir, xidmətin göstərilməsi qaydalarını, Təşkilatçının və İstifadəçilərin hüquqları, vəzifələri və məsuliyyətini müəyyən edir.
Fəsil 2. Xidmət obyektləri
2. “▇▇▇▇▇▇ ▇▇▇▇▇▇ beynəlxalq ▇▇▇▇ ▇▇▇▇▇▇” aerovağzal kompleksinin birinci mərtəbəsində, “Salam Service” məlumat masasının arxasında gecə-gündüz Hava limanının Xidməti rəsmiləşdirən əməkdaşı olur. Məlumat masasında Xidmətin adını göstərən
lövhə yerləşdirilir. Lövhənin mətni Azərbaycan və ingilis dilində yazılır.
3. “▇▇▇▇▇▇ ▇▇▇▇▇▇ beynəlxalq ▇▇▇▇ ▇▇▇▇▇▇” aerovağzal kompleksinin “Salam Service” məlumat masasında Xidmətin Təşkilatçısının adı, ünvanı və telefonu; göstərilən xidmətlər; xidmətin göstərilməsi qaydası; məhdudiyyətlər; xidmətin göstərilməsi müddəti; Xidmətin Təşkilatçıları və İstifadəçilərinin hüquqları, vəzifələri və məsuliyyəti haqqında məlumat yerləşdirilməlidir.
4. “▇▇▇▇▇▇ ▇▇▇▇▇▇ beynəlxalq ▇▇▇▇ ▇▇▇▇▇▇” aerovağzal kompleksinin “Salam Service” məlumat masasında xidmətin göstərilməsi qaydalarının mətni, istifadəçinin ilk tələbi ilə verilən şikayətlər və təkliflər kitabı olmalıdır.
5. Xidmətin iş rejimi Təşkilatçı ilə razılaşdırmaqla ▇▇▇▇ ▇▇▇▇▇▇ tərəfindən müəyyən edilir.
6. Xidmətin rəsmiləşdirilməsi üçün məlumat masasında Əmlakdan pulsuz müvəqqəti istifadə haqqında 27 avqust 2019-cu il
tarixli müqaviləyə əsasən Təşkilatçının avadanlığı yerləşir.
7. Təşkilatçı Hava limanının müəyyən etdiyi reklam daşıyıcıları və reklam məlumatlarının yerləşdirilməsinə qaydasına uyğun
olaraq məlumat-reklam göstəricilərini “▇▇▇▇▇▇ ▇▇▇▇▇▇ beynəlxalq ▇▇▇▇ ▇▇▇▇▇▇” aerovağzal kompleksində, habelə istifadəçilərin məlumatlandırılması üçün rahat digər yerlərdə yerləşdirə bilər.
Hər bir məlumat-reklam göstəricisində Xidmətin loqotipi və xidmət haqqında məlumat qeyd olunur.
Fəsil 3. Xidmət
8. «Visa-▇▇▇ Fastline» – Visa Platinum, Visa Platinum Business, Visa Signature və Visa Infinite kartlarının sahibləri üçün ▇▇▇▇ ▇▇▇▇▇▇ tərəfindən göstərilən, 27 avqust 2019-cu il tarixli 91 /19 G nömrəli Müqavilənin 1 №-li Əlavəsində qeyd olunan xidmətlər məcmusudur.
9. Xidmətin göstərilməsi müddəti – 15.10.2019-▇▇▇ 30.09.2022-dək (daxil olmaqla). Xidmətin göstərilməsi müddəti
dəyişdirilə, yaxud xidmətin göstərilməsi Hava limanının və Təşkilatçının qarşılıqlı razılığı ilə vaxtında əvvəl başa çatdırıla bilər. Xidmətin göstərilməsi müddətinin dəyişdirilməsi yaxud onun vaxtından əvvəl başa çatdırılması ▇▇▇.▇▇▇▇.▇▇▇.▇▇ saytında dərc olunduqdan sonra mümkündür.
10. Xidmətlər aşağıdakılara bölünür:
i. Uçuş - “Salam Gold”
Salam Gold servisinin “▇▇▇▇▇▇ ▇▇▇▇▇▇ beynəlxalq ▇▇▇▇ ▇▇▇▇▇▇”nın texnologiyası ilə ▇▇▇▇ ▇▇▇▇▇▇ sürətli qeydiyyatdan keçmə və baqajın təhvil verilməsi prosesini nəzərdə tutan xidmətidir.
ii. ▇▇▇▇ ▇▇▇▇▇ – “Salam Gold Light”
Salam Gold Light servisinin “▇▇▇▇▇▇ ▇▇▇▇▇▇ beynəlxalq ▇▇▇▇ ▇▇▇▇▇▇”nın texnologiyası ilə ▇▇▇▇ ▇▇▇▇▇ ▇▇▇▇▇▇ sürətli qeydiyyatdan keçmə prosesini nəzərdə tutan xidmətidir.
11. Kart yoxlamasından keçdiyi halda, Visa kartının sahibi ona Xidmət göstərildiyi zaman xərc çəkmir. Xidmətin
göstərilməsinin dəyəri Təşkilatçı ilə ▇▇▇▇ ▇▇▇▇▇▇ arasında müqavilə münasibətləri ilə müəyyən olunur, kommersiya sirridir,
göstərilən xidmətlərin həqiqi dəyəri əsasında ▇▇▇▇ ▇▇▇▇▇▇ tərəfindən hesablanır və Təşkilatçı tərəfindən tam həcmdə ödənilir.
Fəsil 4. Xidmətin istifadəçiləri
12. Xidmətin İstifadəçisi – “▇▇▇▇▇▇ ▇▇▇▇▇▇ beynəlxalq hava limanından” ən yaxın 24 saat ərzində yola düşən, Aviaşirkətlərin və Hava limanının qaydalarına əsasən reysə qeydiyyat üçün tələb olunan bütün sənədlərə malik, Azərbaycanın bankı yaxud
Ukrayna, Belarus, Qazaxıstan, Serbiya, Moldova, Gürcüstan, Türkmənistan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Makedoniya, Albaniya, Bosniya və Herseqovina, Kosovo kimi ölkələrin bankları tərəfindən emissiya edilən Visa Platinum, Visa Platinum Business, Visa Signature və Visa Infinite ödəniş bank kartının sahibidir
13. Xidmətin İstifadəçisi statusunu almaq üçün sərnişin “▇▇▇▇▇▇ ▇▇▇▇▇▇ beynəlxalq hava limanının” məlumat masasında Təşkilatçının proqram-aparat kompleksi vasitəsilə Visa kartının statusunu təsdiq edir və reysə qeydiyyat üçün tələb olunan sənədləri – pasportu(ları) və bileti(ləri) təqdim edir (27 avqust 2019-cu il tarixli 91 /19 G nömrəli Müqavilənin 2.2.1 bəndinə uyğun).
15. Xidmət İstifadəçisi özü və onunla bir reyslə gedən 2 yaşadək uşaqları üçün hazırkı Qaydaların 9-cu bəndində təsvir olunan xidmətlərdən istifadəyə icazə əldə edir.
16. İstifadəçi Xidmətdən son istifadə anından etibarən 24 saat ərzində Xidmətdən 1 dəfə istifadə edə bilər.
17. Hazırkı Qaydaların 13-16 bəndləri ilə əlaqədar Hava limanının işçisi:
▇. ▇▇▇▇▇▇ yoxlayır, biletdəki və Visa ödəniş sisteminin kartındakı SAA-nı Sərnişinin şəxsiyyətini təsdiq edən sənədlə üzləşdirir;
ii. Sərnişinin Visa bank ödəniş kartının hazırkı qaydalara uyğunluğunu proqram-aparat kompleksi vasitəsilə yoxlayır;
iii. Sərnişini aviaşirkətin müvafiq qeydiyyat masasına göndərir.
18. Təşkilatçının proqram-aparat kompleksi işləmədiyi halda Xidmətin göstərilməsindən imtina edilə bilər.
Fəsil 5. Xidmətin göstərilməsinə dair sifarişin verilməsi
19. Xidmət göstərdiyi ▇▇▇▇▇ ▇▇▇▇ limanının işçiləri hazırkı Qaydalardan üstün sayılan daxili sənədləri rəhbər tutur.
20. “Salam Gold” Xidməti təqdim edildiyi zaman İstifadəçini Hava limanının agenti müşayiət edəcək. “Salam Gold” Xidməti haqqında sifarişin verilməsi və xidmətin göstərilməsi qaydası:
I. İstifadəçi uçuşdan 4 saaq qabaq Visa Concierge xidmətinə müraciət edib öncədən sifariş edir və aşağıdakı məlumatları təqdim edir:
1) Sərnişinin adı və soyadı
2) Reysin tarixi, vaxtı və nömrəsi
3) Sərnişinin əlaqə nömrəsi
4) Sifariş verərkən İstifadəçinin Visa Platinum / Platinum Business/ Signature / Infinite kartının sahibi kimi “Visa-▇▇▇ Fastline” aksiyasının iştirakçısı olduğunu qeyd etmək lazımdır.
II. Sifariş öncədən verildikdə, Hava limanının Agenti sifarişi aldıqdan sonra İstifadəçiyə Terminalın hansı girişinə yaxınlaşmalı olduğunu bildirir.
III. Hava limanının Agenti əlində lövhə ilə istifadəçini Terminalın lazımi girişində qarşılayır və 1-ci və ya 2-ci Terminala girişdə yerləşən Salam Service masasına tərəf yola salır. Salam Service masasının yanında İstifadəçiyə onun Visa ödəniş kartının təsdiq edilməsi, mümkün pulsuz keçidlərin mövcudluğunun yoxlanılması üçün Təşkilatçının
əvvəlcədən hazırlanmış proqram-aparat kompleksi təklif olunur. ▇▇▇▇▇▇▇ təsdiq zamanı İstifadəçiyə yerində ödəniş etmək yaxud reysə standart qeydiyyat prosedurasından keçmək təklif olunur.
IV. Uğurlu təsdiq zamanı İstifadəçiyə portye xidmətləri təklif olunur. Portye xidmətləri qeydiyyat masasına qədər
göstərilir, daha sonra bu xidmət əlavə ödənilir. Daha sonra Hava limanının agenti İstifadəçini sürətli keçid qeydiyyat masasına qədər müşayiət edir. ▇▇▇▇▇▇▇ ▇▇▇▇▇▇ qeydiyyatdan keçdikdən və baqajı təhvil verdikdən sonra ▇▇▇▇▇▇▇▇ İstifadəçisi ▇▇▇▇▇▇(ləri), pasportu(ları) hava limanının əməkdaşına təqdim edir. Təqdim olunan sənədlər uyğun
olduqda, hava limanının əməkdaşı reysə qeydiyyatı aparır. İstifadəçidə bəyan edilməli əşyalar olduqda, Hava
limanının agenti İstifadəçini lazımi masaya tərəf müşayiət edir və gömrük bəyannaməsinin doldurulmasına kömək edir. Daha sonra İstifadəçi sürətli yoxlamadan keçmək üçün Təhlükəsizlik zonasına göndərilir.
V. Təhlükəsizlik zonasına daxil olduqda, İstifadəçi öz pasportunu və enmə talonunu təqdim edir. Şəxsi baxışdan keçmək və rentgen aparatından keçirilmək üçün əl yükünü təqdim etmək lazımdır. Daha sonra İstifadəçi sürətli pasport nəzarəti masasına göndəriləcək.
VI. Pasport nəzarətində ▇▇▇▇▇▇▇▇▇▇ öz pasportunu və enmə talonunu yoxlama üçün təqdim edir.
VII. Aparılan zəruri proseduralar aparıldıqdan sonra İstifadəçini ümumi minik gözləmə zalına aparırlar.
VIII. İstifadəçi “Visa-▇▇▇ FastLine” xidmətini ləqv etmək istədiyi təqdirdə, İstifadəçi bu barədə uçuşdan 2 saat əvvəl 20(I) bəndində qeyd olunan nömrələrə zənq edib və ya elektron ünvanına yazıb bildirməlidir.
21 . “Salam Gold Light” Xidməti təqdim edildiyi zaman İstifadəçini Hava limanının agenti müşayiət edəcək. “Salam Gold Light” Xidmətinin göstərilməsi qaydası:
I. İstifadəçi uçuşdan 4 saaq qabaq Visa Concierge xidmətinə müraciət edib öncədən sifariş edir və aşağıdakı məlumatları təqdim edir:
1) Sərnişinin adı və soyadı
2) Reysin tarixi, vaxtı və nömrəsi
3) Sərnişinin əlaqə nömrəsi
4) Sifariş verərkən İstifadəçinin Visa Platinum / Platinum Business/ Signature / Infinite kartının sahibi kimi “Visa-▇▇▇ Fastline” aksiyasının iştirakçısı olduğunu qeyd etmək lazımdır.
II. Hava limanının Agenti əlində lövhə ilə istifadəçini 1-ci Terminalın ▇▇▇▇▇▇ tərəfdən girişində qarşılayır. İstifadəçiyə mümkün pulsuz keçidlərin mövcudluğunun yoxlanılması üçün Təşkilatçının proqram-aparat kompleksi vasitəsilə ödəniş kartını təsdiqləmək təklif olunur. Uğursuz təsdiq zamanı İstifadəçiyə ödəniş (ödəniş bütün proseduralardan keçdikdən sonra kassada aparılır) etmək yaxud standart proseduradan keçmək təklif olunur.
III. Uğurlu təsdiq ▇▇▇▇▇▇ ▇▇▇▇ limanının agenti İstifadəçini sürətli pasport nəzarəti masasına qədər müşayiət edir və növbədənkənar qeydiyyatdan keçirir.
IV. Sürətli pasport nəzarətindən növbədənkənar keçdikdən sonra Hava limanının agenti baqajı almaq üçün İstifadəçini ümumi zala ötürür. Zərurət yarandıqda gömrük bəyannaməsinin doldurulmasına kömək edir.
V. İstifadəçi “Visa-▇▇▇ FastLine” xidmətini ləqv etmək istədiyi təqdirdə, İstifadəçi bu barədə uçuşdan 2 saat əvvəl 21(I) bəndində qeyd olunan nömrələrə zənq edib və ya elektron ünvanına yazıb bildirməlidir.
Fəsil 6. Xidmət İstifadəçilərinin hüquqları
22. Sərnişinin hüquqları:
i. “Visa-▇▇▇ Fastline” Xidmətinin göstərilməsi şərtləri və “▇▇▇▇▇▇ ▇▇▇▇▇▇ beynəlxalq ▇▇▇▇ ▇▇▇▇▇▇”nda 27 avqust 2019-cu il tarixli 91 /19 G nömrəli Müqaviləyə uyğun Salam Gold və Salam Gold Light Xidmətlərinin göstərilməsi texnologiyası haqqında; hazırkı Qaydalar haqqında; Xidmətin göstərilməsi rejimi haqqında məlumat almaq;
ii. aviabiletin surətini təqdim etməklə Xidmətin göstərilməməsi haqqında ərizə ilə müraciət etmək;
iii. Xidmətin göstərilməsi üzrə öhdəliklər yerinə yetirilmədikdə və ya lazımi şəkildə yerinə yetirilmədikdə vurulan zərərin ödənilməsini tələb etmək hüququ olmadan irad bildirmək.
Fəsil 7. Xidmət İstifadəçilərinin məsuliyyəti
23. Xidmət İstifadəçisi təqdim etdiyi məlumatların doğruluğuna görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan məsuliyyəti daşıyır.
24. Xidmət İstifadəçisi Xidmətdən istifadənin sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığına və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan məsuliyyəti daşıdığına zəmanət verir.
Fəsil 8. Təşkilatçının məsuliyyəti
25. Təşkilatçı Xidməti “▇▇▇▇▇▇ ▇▇▇▇▇▇ beynəlxalq ▇▇▇▇ ▇▇▇▇▇▇” aerovağzal kompleksinin ərazisində “▇▇▇▇▇▇ ▇▇▇▇▇▇ beynəlxalq hava limanının” Xidmətlərin göstərilməsi şərtləri ilə, 27 avqust 2019-cu il tarixli 91 /19 G nömrəli Müqavilənin 1 №-li
Əlavəsinə uyğun göstərir.
Fəsil 9. İradların bildirilməsi qaydası və müddəti
26. Xidmətin göstərilməsi üzrə öhdəliklər icra edilmədikdə və ya lazımi şəkildə icra edilmədikdə, sərnişin, yetirilmədikdə vurulan zərərin ödənilməsini tələb etmək hüququ olmadan Təşkilatçıya irad bildirə bilər və irada qanunvericiliklə müəyyən olunmuş qaydada baxılmalıdır.
İradda reysin tarixi, nömrəsi, Visa kartının emitent bankı, adresatın və göndərənin ünvanı və tam adı qeyd olunmalıdır.
27. İradlar yazılı şəkildə Təşkilatçının ünvanına, Təşkilatçının hüquqi ünvanına: Azərbaycan, Bakı ş., Xətai rayonu, Babək Plaza, blok “C”, 3-cü mərtəbə, şirkətin icraçı direktoru ▇▇▇▇▇▇ ▇▇▇▇▇▇▇▇▇▇ adına göndərilə bilər.
28. Aşağıdakı hallarda iradlar təmin olunmadan ▇▇▇▇ qaytarılır:
i. ərizəçi Xidmət İstifadəçisi olmadıqda;
ii. Xidmətin göstərilməsindən 14 gündən artıq keçdikdə;
iii. Hazırkı Qaydaların 25-ci bəndində qeyd olunan məlumat olmadıqda.
29. İrad və şikayətlərə bütün hallarda baxılır və araşdırmanın nəticələrinə görə müraciət əsaslandırılmış və ya əsaslandırılmamış hesab olunur. Hər iki halda sərnişinə araşdırmanın nəticələri haqqında məlumat göndərilir.
İradın təmin edilməsindən imtina edildikdə və ya qismən təmin edildikdə Təşkilatçı imtinanın və ya onun qismən təmin edilməsinin səbəblərini göstərməklə, əsaslandırılmış cavab verməli və irada əlavə olunan sənədləri qaytarmalı, həmçinin ərizəçiyə onun hüquqlarını izah etməlidir.
30. Visa International Service Association şirkəti və onun istənilən törəmə şəxsləri Təşkilatçı yaxud Xidmətin Təşkilatçısı hesab olunmur, Təşkilatçı tərəfindən Qaydalara, Azərbaycan Respublikasının qanunvericiliyinə əməl olunmasına məsuliyyət daşımır, habelə Xidmətlə bağlı iradlara görə cavabdeh deyil.