SIĞORTA MÜQAVİLƏSİNİN FORMASI Nümunə Maddələri

SIĞORTA MÜQAVİLƏSİNİN FORMASI. 14.1. Sığorta müqaviləsi müqavilə üzrə tərəflərin sayından asılı olaraq tələb olunan ▇▇▇▇▇, Azərbaycan dilində və sığorta müqaviləsinin hər tərəfi üçün bir nüsxədə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir. Sığorta müqaviləsi hər hansı xarici dilə tərcümə olunduğu halda onun mətninin təfsir edilməsi üçün Azərbaycan dilindəki mətn əsas götürülməlidir. 14.2. Sığorta müqaviləsi (Sığorta Şəhadətnaməsi) Sığortalı tərəfindən itirilərsə, Sığortalının yazılı ərizəsinə əsasən Sığortaçı müqavilənin (Sığorta Şəhadətnaməsinin) yeni nüsxəsini (dublikatını) ona təqdim edə bilər. Sığorta müqaviləsinin (Sığorta Şəhadətnaməsinin) yeni nüsxəsinin (dublikatının) verilməsi pulsuzdur və Sığortaçı tərəfindən rüsum ödənilməsi tələb olunmur. Sığorta müqaviləsinin (Sığorta Şəhadətnaməsinin) yeni nüsxəsinin (dublikatının) verilməsindən sonra itirilmiş sığorta müqaviləsi (Sığorta Şəhadətnaməsi) etibarsız hesab olunur.
SIĞORTA MÜQAVİLƏSİNİN FORMASI. 8.1. Sığorta müqaviləsi müqavilə üzrə tərəflərin sayından asılı olaraq tələb olunan ▇▇▇▇▇, Azərbaycan dilində və sığorta müqaviləsinin hər tərəfi üçün bir nüsxədə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir. Sığorta müqaviləsi hər hansı xarici dilə tərcümə olunduğu halda onun mətninin təfsir edilməsi üçün Azərbaycan dilindəki mətn əsas götürülməlidir. 8.2. Sığorta müqaviləsi (Sığorta Şəhadətnaməsi və/və ya Sığorta Şəhadətnaməsinin müvafiq Əlavəsi) Sığortalı tərəfindən itirilərsə, Sığortalının müraciətinə əsasən Sığortaçı müqavilənin (Sığorta Şəhadətnaməsinin və/və ya Sığorta Şəhadətnaməsinin müvafiq Əlavəsinin) yeni nüsxəsini (dublikatını) ona təqdim edə bilər. Sığorta müqaviləsinin (Sığorta Şəhadətnaməsinin və/və ya Sığorta Şəhadətnaməsinin müvafiq Əlavəsinin) yeni nüsxəsinin (dublikatının) verilməsinə görə Sığortaçı 10 AZN məbləğində rüsumun ödənilməsini tələb edə bilər. Sığorta müqaviləsinin (Sığorta Şəhadətnaməsinin və/və ya Sığorta Şəhadətnaməsinin müvafiq Əlavəsinin) yeni nüsxəsinin (dublikatının) verilməsindən sonra itirilmiş sığorta müqaviləsi (Sığorta Şəhadətnaməsi və/və ya Sığorta Şəhadətnaməsinin müvafiq Əlavəsi) etibarsız hesab olunur.
SIĞORTA MÜQAVİLƏSİNİN FORMASI. 6.1. Sığorta müqaviləsi müqavilə üzrə tərəflərin sayından asılı olaraq tələb olunan ▇▇▇▇▇, Azərbaycan dilində və sığorta müqaviləsinin hər tərəfi üçün bir nüsxədə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir. Sığorta müqaviləsi hər hansı xarici dilə tərcümə olunduğu halda onun mətninin təfsir edilməsi üçün Azərbaycan dilindəki mətn əsas götürülməlidir. 6.2. Sığorta müqaviləsi (Sığorta Şəhadətnaməsi) Sığortalı tərəfindən itirilərsə, Sığortalının yazılı ərizəsinə əsasən Sığortaçı müqavilənin (Sığorta Şəhadətnaməsinin) yeni nüsxəsini (dublikatını) ona təqdim edə bilər. Sığorta müqaviləsinin (Sığorta Şəhadətnaməsinin) yeni nüsxəsinin (dublikatının) verilməsinə görə Sığortaçı, 10 AZN-dən az və 50 AZN-dən ▇▇▇ olmaması şərti ilə, sığorta müqaviləsi üzrə sığorta haqqının 5% məbləğində rüsumun ödənilməsini tələb edə bilər. Sığorta müqaviləsinin (Sığorta Şəhadətnaməsinin) yeni nüsxəsinin (dublikatının) verilməsindən sonra itirilmiş sığorta müqaviləsi (Sığorta Şəhadətnaməsi) etibarsız hesab olunur.
SIĞORTA MÜQAVİLƏSİNİN FORMASI. Sığorta müqaviləsi müqavilə üzrə tərəflərin sayından asılı olaraq tələb olunan ▇▇▇▇▇, sığorta müqaviləsinin hər tərəfi üçün bir nüsxədə, yazılı şəkildə Azərbaycan dilində tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir. Sığorta müqaviləsi hər hansı xarici dilə tərcümə olunduğu halda onun mətninin təfsir edilməsi üçün Azərbaycan dilindəki mətn əsas götürülməlidir.

Related to SIĞORTA MÜQAVİLƏSİNİN FORMASI

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Sığorta məbləği 15.1. Sığorta müqaviləsində sığorta məbləğinin aşağıdakı növləri müəyyən oluna bilər: 15.1.1. Ümumi sığorta məbləği – müəyyən edildiyi hallarda sığortaçının sığorta müqaviləsi üzrə öhdəliyinin həcmi verilmiş sığorta ödənişi məbləğində azalır. Sığortalı ümumi sığorta məbləğinin sığorta müqaviləsində nəzərdə tutulmuş həddə bərpa edilməsini istədikdə bərpa edilməli ▇▇▇▇ hissəyə müvafiq əlavə sığorta haqqı ödəməlidir. 15.1.2. Sığorta hadisəsi üzrə sığorta məbləği - müəyyən edildiyi hallarda həmin məbləğ sığortaçının hər bir sığorta hadisəsi üzrə öhdəliyinin son həddi hesab edilir və sığorta hadisələrinə görə sığorta ödənişlərinin verilməsi nəticəsində azalmır. 15.1.3. Bir sığorta hadisəsi üzrə sığorta məbləği - müəyyən edildiyi hallarda sığortaçının sığorta müddəti ərzində baş vermiş yalnız bir hadisə üzrə həmin məbləğ həddində sığorta ödənişi vermək öhdəliyi nəzərdə tutulur. 15.2. Əgər sığorta müqaviləsində və ya onun müvafiq sığorta sinfinə aid edilən bölməsində sığorta məbləğinin bu Qaydaların 15.1-ci bəndində göstərilən hər hansı növünün tətbiq olunması nəzərdə tutulmamışdırsa, sığorta məbləğinin 15.1.1-ci yarımbənddə göstərilmiş növü tətbiq edilir.

  • Sığorta predmeti 2.1. Bu qaydalara əsasən sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs sığortanın predmeti hesab olunur.

  • Ümumi müddəalar 2.1. Kartdan istifadə etməklə hesab üzrə əməliyyatların aparılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ xarakterli aktları, həmçinin Bankın daxili qaydaları ilə müəyyən edilir. 2.2. Bank, Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ xarakterli aktlarına və Bankın daxili qaydalarına uyğun olaraq təqdim edilən sənədlər və Müştərinin ərizəsi əsasında Hesab açır və həmin Hesabdan istifadə etmək üçün Müştəriyə kart verir. 2.3. ▇▇▇▇▇▇ müəyyən etdiyi bütün Tariflər «Bank»ın rəsmi internet saytında yerləşdirilir və «Müştəri»yə “sayt”a mütəmadi şəkildə daxil olaraq onlarla ▇▇▇▇▇ olması tövsiyə olunur. «Müştəri» tərəfindən aparılan bütün əməliyyatlara görə komisyon haqqı «Bank» tərəfindən akseptsiz qaydada onun Hesabından silinir. 2.4. «Müştəri»nin eyniləşdirilməsi məqsədilə ona kart verilərkən «Bank» tərəfindən PİN-kod qapalı zərfdə təqdim edilə bilər və ya zərf təqdim edilmədiyi halda PİN-kod Müştəri tərəfindən ▇▇▇▇▇▇ ▇▇▇▇ POS-terminal vasitəsilə şəxsən təyin oluna bilər, eləcə də SMS vasitəsilə müştərinin ▇▇▇▇▇▇ qeydiyyatda ▇▇▇▇ mobil nömrəsinə göndərilə bilər. PİN-kod «Müştəri»nin imzasının analoqu hesab olunur. «Müştəri» tərəfindən Kartın və ya onun PİN-kodunun üçüncü şəxslərə verilməsi qadağandır, Kart və PİN-kodla əlaqədar təhlükəsizlik tədbirlərinə əməl olunmalıdır. Kart üzrə aparılmış əməliyyatlar «Müştəri» tərəfindən aparılmış əməliyyatlar kimi qəbul olunur. 2.5. Kart və PİN-kod ▇▇▇▇ qapalı zərfi Bankın təqdim etdiyi müvafiq sənədlərlə birlikdə bankın xidmət ofislərində imza etməklə müştəri tərəfindən şəxsən qəbul edilir. 2.6.Kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə Müştəri məsuliyyət daşıyır.

  • TƏRƏFLƏRİN MƏSULİYYƏTİ 25.1. Sığorta müqaviləsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tərtib edilir və tərəflərlə lazımi qaydada yerinə yetirilməlidir. 25.2. Sığorta müqaviləsi üzrə tərəflərdən biri müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikasının qüvvədə ▇▇▇▇ qanunvericiliyinə müvafiq olaraq digər tərəfə vurduğu ziyanın əvəzini ödəməlidir. 25.3. Sığorta müqaviləsinə əsasən tərəflərdən heç biri o biri tərəfin yazılı razılığı olmadığı halda öhdəliklərini üçüncü tərəfə vermək hüququna malik deyil.