Sığorta predmeti Nümunə Maddələri

Sığorta predmeti. 2.1. Bu qaydalara əsasən sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs sığortanın predmeti hesab olunur.
Sığorta predmeti. 4.1. Yaşıl noxud bitkisi hazırki məhsulun şərti ilə sığorta predmeti hesab olunur.
Sığorta predmeti. 17.1. Bu Qaydalara əsasən əmlak mənafelərinin aid olduğu fiziki şəxs (sürücü və sərnişinlər) sığortanın predmeti hesab olunur.
Sığorta predmeti. Bu Bölməyə əsasən sığorta predmeti Sığorta olunanların həyatı və sağlamlığıdır.
Sığorta predmeti. 4.1. Bu Qaydalara əsasən iribuynuzlu mal-qara (südlük istiqaməti üzrə 11-ci gündən 7 yaşa qədər, ətlik istiqaməti üzrə 11-ci gündən 3 yaşa qədər) sığortanın predmeti hesab olunur. 4.2. Yalnız aşağıdakı tələblərə cavab verən heyvanlar aqrar sığortanın predmeti hesab olunur: 4.2.1. heyvan qapalı yerdə saxlandıqda və saxlandığı yer Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması Qaydaları”na uyğun olduqda; 4.2.2. heyvanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydaları”na uyğun olaraq qulluq və qidalanması təmin edildikdə; 4.2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvanların planlı profilaktik və ya məcburi peyvənd edilməsi, heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması, xəstəlikləri ləğv etmək üçün epizootiya mənbələrində və qeyri-sağlam məntəqələrdə, heyvandarlıq binalarında, onların ərazilərində, nəqliyyatda və digər yerlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılması Qaydası” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 sentyabr tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan xəstəliklərinin qarşısının alınması və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nda müəyyən edilmiş peyvəndləmələr edildikdə; 4.2.4. Azərbaycan Respublikasının ərazisinə gətirilən heyvanlara münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək üçün onların təcrid olunmuş halda saxlanılması Qaydası və müddəti”ndə müəyyən edilmiş qaydada saxlanılması təmin edildikdə; 4.2.5. heyvan birkalanmış olduqda; 4.2.6. heyvan barədə məlumatlar EKTİS-ə daxil edildikdə.
Sığorta predmeti. Bu Bölmə üzrə sığorta predmeti Sığortalının öz sahibkarlıq fəaliyyətini həyata keçirdiyi zaman baş vermiş hadisə (qəza) nəticəsində üçüncü şəxslərə dəyən bədən xəsarəti və ya xəstəlik, yaxud onların əmlakına dəyən zərərin əvəzini ödəmək üçün ortaya çıxan mülki məsuliyyətidir.
Sığorta predmeti. Maddə 10. Bölmə
Sığorta predmeti. Maddə 13. Bölmə
Sığorta predmeti. 2.1. Bu Qaydalara əsasən Sığortalının əmlak mənafelərinin aid olduğu avtonəqliyyat vasitəsi Sığortanın predmeti hesab olunur.
Sığorta predmeti. 2.1. Bu Fəsil üzrə sığorta predmeti sığortalanmış avtonəqliyyat vasitəsidir. 2.2. Avtonəqliyyat vasitəsi istehsalçı tərəfindən nəzərdə tutulmuş bütün komplekti ilə birlikdə sığortalanmış hesab olunur. 2.3. Sığorta müqaviləsində ayrıca olaraq göstərildiyi hallar istisna olmaqla, xüsusi rənglənmə, aeroqrafiya, maqnitofonlar, radioötürücü vasitələr, telefonlar, radar detektorları və ya hər hansı digər rabitə vasitələri və ya onların köməkçi aksessuarları, skanlaşdırma cihazları, televizorlar, stereo sistemləri, işıqlandırma qurğuları və ksenon faralar və təkərlər (şin və disklər) də daxil olmaqla bütün aksessuarlara və cihazlara münasibətdə bu sığorta ilə təminat verilmir (Avtonəqliyyat vasitəsinin istehsalı zamanı istehsalçı tərəfindən quraşdırıldığı hallar istisna olmaqla).