Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq; 20.3.2 Bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək, belə ödənişlərin həyata keçirildiyi hallarda Sığortalı tərəfindən ▇▇▇▇ qaytarılmasını tələb etmək; 20.3.3 Sığortalı ona məlum ▇▇▇▇ ▇▇▇▇▇▇ qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və sığorta hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta ödənişini həyata keçirməkdən imtina etmək; 20.3.4 Sığorta haqqının hər-hansı ödənilməmiş hissəsi sığorta müqaviləsində göstərilən müddət ərzində ödənilmədikdə, Sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq yaxud Sığorta müqaviləsinə xitam vermək; 20.3.5 Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam vermək.
Sığorta məbləği 15.1. Sığorta müqaviləsində sığorta məbləğinin aşağıdakı növləri müəyyən oluna bilər: 15.1.1. Ümumi sığorta məbləği – müəyyən edildiyi hallarda sığortaçının sığorta müqaviləsi üzrə öhdəliyinin həcmi verilmiş sığorta ödənişi məbləğində azalır. Sığortalı ümumi sığorta məbləğinin sığorta müqaviləsində nəzərdə tutulmuş həddə bərpa edilməsini istədikdə bərpa edilməli ▇▇▇▇ hissəyə müvafiq əlavə sığorta haqqı ödəməlidir. 15.1.2. Sığorta hadisəsi üzrə sığorta məbləği - müəyyən edildiyi hallarda həmin məbləğ sığortaçının hər bir sığorta hadisəsi üzrə öhdəliyinin son həddi hesab edilir və sığorta hadisələrinə görə sığorta ödənişlərinin verilməsi nəticəsində azalmır. 15.1.3. Bir sığorta hadisəsi üzrə sığorta məbləği - müəyyən edildiyi hallarda sığortaçının sığorta müddəti ərzində baş vermiş yalnız bir hadisə üzrə həmin məbləğ həddində sığorta ödənişi vermək öhdəliyi nəzərdə tutulur. 15.2. Əgər sığorta müqaviləsində və ya onun müvafiq sığorta sinfinə aid edilən bölməsində sığorta məbləğinin bu Qaydaların 15.1-ci bəndində göstərilən hər hansı növünün tətbiq olunması nəzərdə tutulmamışdırsa, sığorta məbləğinin 15.1.1-ci yarımbənddə göstərilmiş növü tətbiq edilir.
Sığorta predmeti 2.1. Bu qaydalara əsasən sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs sığortanın predmeti hesab olunur.
Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.
Sığortalının hüquqları 14.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək; 14.1.2 Sığorta hadisəsi baş verdikdə Sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək.